Xəbər lenti

Britaniya sarayında Keyt-Meqan qarşıdurması?
Dünya14:38 26.11.2018

Britaniya sarayında Keyt-Meqan qarşıdurması?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sasseks şahzadəsi Harri və hersoginya Meqan Marklın sarayı tərk etmək barədə qərarı dedi-qodulara səbəb olub.
Qaynarinfo xəbər verir ki, cütlük Kraliça Elizabet tərəfindən hədiyyə edilən "Frogmore House"a köçmək qərarına gəlib. Harri və Meqan qərarlarını növbəti aylarda dünyaya gələcək övladlarını sakit və rahat şəraitdə böyütmək istəkləri ilə əsaslandırıb.
Lakin xəbər mediada birmənalı qarşılanmayıb. Marklın hersoginya Keyt Midltonla yola getmədiyini iddia edilib. Bildirilir ki, Keyt Meqanla fərqli insanlar olduqlarını tez-tez dilə gətirir. 
Qeyd edək ki, şahzadə Vilyam və Keyt cütlüyü mediada sadə və mühafizəkar imic formalaşdırıb. Harri və Meqan isə evlənən gündən saray qaydalarını pozmaları, rahat geyim və davranışları ilə medianın gündəmindən düşmür.
Gülşən