Dünya 18:31 31.08.2022

Britaniya tarixində ilk dəfə: Kraliça bu ənənəni pozacaq

Böyük Britaniya kraliçası II Yelizaveta uzun sürən hakimiyyəti dövründə ilk dəfə olaraq yeni baş naziri Şotlandiyadakı Balmoral malikanəsində təyin edəcək. O, adətən baş nazirləri Bukingem sarayında və ya Vindsor qalasında təyin edirdi. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Sky News-a istinadən məlumat yayıb

Əlahəzrət Britaniya hökumətinin yeni başçısı ilə onun elanından bir gün sonra, sentyabrın 6-da görüşəcək.

96 yaşlı monarxa həkimlər yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir şəhərindəki Balmoral iqamətgahında qalmağı məsləhət görüblər. Məhz oradan o, ya Rişi Sunakı, ya da Liz Trassı baş nazir təyin edərək illərlə davam edən kral ənənəsini pozacaq.

"Kraliça 6 sentyabr çərşənbə axşamı günü Balmoralda Baş nazir Boris Consonu qəbul edəcək, ardınca isə yeni baş nazirlə görüş keçirəcək", -  Bukingem Sarayından bildiriblər.

Qərarın baş nazirin gündəliyinə əminlik gətirmək üçün verildiyi güman edilir.

Nizami Bağırov