
Ukrayna Prezidenti Vladimir Zelenski 7 oktyabrda İngiltərəyə iki günlük səfərinə başlayıb və bu müddətdə Londondakı Bukingem sarayında Şahzadə Vilyam və Kembridc hersoginyası Keyt Middlton ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, yerli mediada yer alan xəbərlərə görə, taxt-tacın varisi Ukrayna liderini Kraliça II Yelizaveta adından salamlayıb.
Britaniya səfəri çərçivəsində Zelenskinin Baş nazir Boris Conson, İcmalar Palatasının sədri Lindsi Hoyl və investorlarla da görüşəcəyi gözlənilir.
Alpər