Xəbər lenti

Britaniya Trampla bağlı dosye toplayır
Dünya09:19 06.01.2024

Britaniya Trampla bağlı dosye toplayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya hakimiyyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın ikinci müddətə yenidən seçiləcəyi təqdirdə onun siyasi mövqelərinə dair dosye toplayır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "İnews” adı açıqlanmayan mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, Britaniya Xarici İşlər Nazirliyi Trampın ikinci prezidentliyinin Böyük Britaniyaya bir sıra sahələrdə necə təsir göstərə biləcəyi ilə bağlı kəşfiyyat məlumatlarının toplanması səylərinə rəhbərlik edib.
Mənbələr bildiriblər ki, britaniyalı diplomatlar onun Birləşmiş Krallığa, Rusiya-Ukrayna münaqişəsinə, Yaxın Şərqə və beynəlxalq ticarətə təsir edən əsas məsələlərlə bağlı son mövqelərini təfərrüatlandıran bir dosye hazırlayırlar.
Aydın