Dünya 18:32 24.05.2022

Britaniya Ukrayna taxıl gəmilərini müşayiət etməyə hazırdır - The Times

Böyük Britaniya Ukraynaya onun taxıl daşıyıcılarını işğalçılar tərəfindən bloklanan limanlardan müşayiət edə biləcək hərbi gəmilər göndərməyə hazırdır. Britaniyanın təşəbbüsünə qoşulacaq müxtəlif ölkələrin koalisiyasının yaradılması üçün artıq danışıqlar aparılır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, Böyük Britaniya Qara dənizə hərbi gəmilər göndərmək üçün müttəfiqlərlə danışıqlar aparır. Bu gəmilər Ukrayna taxılını daşıyan yük gəmilərini qoruya biləcək.

"Koalisiya arzulayanlar bir neçə həftə ərzində Odessadan Bosfor boğazı vasitəsilə "qoruyucu dəhliz” təmin etməklə Rusiya blokadasını yarmağı hədəfləyəcək”, - The Times əlavə edib.

Bildirilir ki, artıq qlobal ərzaq böhranının qarşısını almaq üçün vaxtın tükəndiyi ilə bağlı qorxular var. Buna görə də, nəşrin məlumatına görə, ABŞ artıq Rusiya gəmilərini məhv etmək üçün uzaqmənzilli raketlər göndərdiyini bəyan edib.

Xarici işlər naziri Liz Truss ilə dəhlizi müzakirə edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, koalisiyaya bəzi NATO və taxıldan asılı olan digər ölkələr daxil ola bilər.

Xaırladaq ki, bundan bir qədər əvvəl BMT bildirib ki, Odessa limanı blokdan çıxarılmasa, bu, dünya ərzaq böhranını daha da ağırlaşdıracaq.
 
Alpər