Xəbər lenti

Dünya 12:38 16.10.2024

"Britaniya Ukraynada qələbə planının bir hissəsi kimi təkliflər hazırlayır" - Sırski

Britaniya Ukraynanın Rusiyanın dərinliklərindəki hərbi hədəfləri vurması ehtimalı ilə bağlı öz təkliflərini nəzərdən keçirir. Qələbə planı çərçivəsində təkliflər hazırlanır.

Bu barədə Qaynarinfo Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırskiyə istinadən xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakin ilə telefon danışığı aparıb. Sırski həmkarına döyüş meydanındakı vəziyyət barədə məlumat verib.

Komandanlar həmçinin Rusiya hərbi obyektlərinə hücumları müzakirə ediblər.

"Biz əməliyyat və strateji dərinlikdə düşmənin hərbi obyektlərinin vurulması imkanlarını ayrıca müzakirə etdik”, - deyə Sırski qeyd edib.

Baş Komandan həmçinin Britaniyanın diqqətini Rusiya qoşunları tərəfindən beynəlxalq humanitar hüququn pozulmasına və hərbi cinayətlərə, Ukraynada mühüm infrastruktur obyektlərinə hücumlara və mülki obyektlərin heç bir fərq qoymadan kütləvi şəkildə bombalanmasına yönəldib.

Sırskinin qeyd etdiyi kimi, Ukrayna və Britaniya arasında əməkdaşlığın əsas prioritetləri hərbi texnika və silahların tədarükü, şəxsi heyətin hazırlanması, eləcə də yüksək texnologiyalı silahlardan istifadənin səmərəliliyinin artırılması olaraq qalır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->