Xəbər lenti

Britaniya Ukraynanın Rusiyanı
Dünya 13:27 12.07.2024

Britaniya Ukraynanın Rusiyanı "Storm Shadow"la vurmasına icazə verməyib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya Rusiya ərazisini vurmaq üçün "Storm Shadows" raketlərindən istifadə etməyə icazə vermədiyinə aydınlıq gətirib.

Bu barədə Qaynarinfo "The Telegraph”a istinadən xəbər verir.

Dauninq strit Böyük Britaniyanın Baş naziri Keyr Starmerin raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri yumşaltdığını bildirən şərhlərə baxmayaraq, hökumətin uzaqmənzilli raketlərin yerləşdirilməsi ilə bağlı siyasətinin "dəyişmədiyini" söyləyib.

Britaniya hökuməti Kiyevə raketlərin Krım və materik Ukraynadakı hədəfləri vurmasına icazə verib, lakin onların Rusiya daxilində hədəfləri vurmaq üçün istifadəsini qadağan edib. Rəsmilər belə bir addımın müharibəni qızışdıracağından və Britaniyanı Rusiya ilə münaqişəyə sürükləyə biləcəyindən ehtiyat edirlər.
Nəşrin mənbələri raketlərin bu il istifadə edilmədiyini təsdiqləyib və vurğulayıblar ki, Ukrayna Rusiya ərazisinə qanadlı raketlər atmazdan əvvəl prezident Vladimir Zelenskinin "başqa yerdə zəmanət axtarmalı” olacaq.

Əlavə edilib ki, bu, qəti qərar deyil. 

Yüksək səviyyəli müdafiə mənbəsi vəziyyətin Ukrayna prezidentinin təklif etdiyindən "daha nüanslı” olduğunu bildirib. Onlar əlavə ediblər ki, strateji raketin Rusiya ərazisinə atılması üçün üç ölkənin imzası lazımdır ki, onlardan biri Böyük Britaniyadır. Fransa Böyük Britaniya ilə birlikdə "Storm Shadow" raketini istehsal edir.

Ukraynanın Rusiyaya qarşı "Storm Shadow”u işə salıb-salmayacağı sualına cavab verən mənbə "Bu baş verməyəcək” deyə əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->