Xəbər lenti

Britaniya Ukraynaya görünməz raketdən müdafiə sistemləri göndərdi
Dünya06:51 26.07.2022

Britaniya Ukraynaya görünməz raketdən müdafiə sistemləri göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İlk altı Stormer HVM (yüksək sürətli raket) hava hücumundan müdafiə sistemi Böyük Britaniyadan Ukraynaya gəlib və onlar cəbhə xəttində istifadə olunur.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.
"İngiltərənin "görünməz” Stormer HVM hava hücumundan müdafiə sistemləri 18 km məsafədən düşmənin hücum təyyarələrini görə bilir”, - Cənub Əməliyyat Komandanlığı Facebook-da yazıb.
Hərbçilər bildiriblər ki, sistemlər onları "düşmən helikopterləri və təyyarələrindəki bort sensorları" aşkar edə bilmədiyi üçün "görünməz" adlanır.
Nurlan Hüseynov