Böyük Britaniya Ukraynada "həqiqətən dəyişiklik etmək” üçün "50-yə qədər” "Challenger” tankı göndərməli olacaq.
Qaynarinfo xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi Riçard Dannat Sky News-a
bildirib.
"12 tank çox simvolik görünür və mən 25, 30 və ya hətta 50-yə qədər göndərməyi təklif edərdim - bu, böyük fərq yaradacaq", - Dannat bildirib.
Onun sözlərinə görə, Rusiya çox güman ki, qışın sonu və ya yazın əvvəlində "hansısa hücuma” hazırlaşır, ona görə də Ukraynanın Qərbdən əlavə dəstəyə daha çox ehtiyacı var.
Böyük Britaniya hökuməti ilk dəfə olaraq Rusiyanın təcavüzündən müdafiə olunması üçün Ukraynaya tanklar göndərməyi planlaşdırdığını təsdiqləyib.
Nizami Bağırov