1958Rusiya "taxıl sazişi”ndən çıxdıqdan sonra Ukrayna ixracatını məhv etmək üçün Qara dənizdə mülki gəmilərə hücum edə bilər.
Qaynarinfo xəbər verir ki, müvafiq xəbərdarlıqla Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli çıxış
edib.
Kleverli bildirib ki, o, Rusiyanın vicdansız davranışını BMT Təhlükəsizlik Şurasının iclasında mütləq müzakirə edəcək.
Böyük Britaniya hesab edir ki, Rusiya Qara dənizdə mülki gəmilərə hücum edərək Ukraynanın ərzaq ixracatını məhv etmək kampaniyasını gücləndirə bilər.
"Biz bu yanlış davranışı BMT Təhlükəsizlik Şurasında qeyd edəcəyik. Rusiya qlobal ərzaq tədarükünü girov saxlamağı dayandırmalı və sazişə qayıtmalıdır”, - britaniyalı nazir tvitter hesabında yazıb.
Nizami Bağırov