Böyük Britaniyanın növbəti baş naziri olmaq uğrunda mübarizə bazar ertəsi gecəsi şiddətli toqquşmalara çevrilib.
Bu barədə Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir.
Namizədlər arasında ilk baş-başa televiziya debatında Rişi Sunak Liz Trussın iqtisadi siyasətlərinə təkrar hücumlar edib.
Sunak Trussun vergi endirimi planının "milyonlarla insanı bədbəxtliyə sürükləyəcəyini" və mühafizəkarlara növbəti seçkiyə başa gələcəyini deyib. Truss isə Sunakın təqdim etdiyi vergi artımlarının tənəzzülə səbəb olacağını bildirib.
İki mühafizəkar liderliyə namizəd vergi endirimləri, Çin və inflyasiya mövzularında bir-birinə qarşı ittihamlar səsləndiriblər.
BBC debatı namizədlərə qarşı dərin şəxsi hücumlarla dolu bir həftəsonundan sonra baş verib. Sunak var-dövləti və qarderobuna görə tənqid olunub, Truss isə iqtisadi cəhətdən savadsız olması iddiaları ilə üzləşib.
Truss keçmiş kabinet həmkarını vergiləri 70 il ərzində ən yüksək səviyyəyə qaldırmaqda ittiham edib.
Sunak dəfələrlə rəqibinin iqtisadiyyatla bağlı planlarının mühafizəkar olmadığını deyib. Bir yerdə isə onun sözünü kəsərək deyib:"Siz demək olar ki, 40 milyard funt-sterlinq maliyyələşdirilməmiş vergi endirimi və 40 milyard funt-sterlinq daha çox borc alacağınıza söz vermişdiniz. Bu, ölkənin kredit kartıdır. Bunlar bizim övladlarımız və nəvələrimizdir... hamı buradadır... bunun hesabını ödəməli olacaqlar".
Truss isə cavabında deyib:"Rişi, bu doğru deyil. Planlarıma əsasən, üç ildən sonra borcları ödəməyə başlayarıq. Covid 100 ildə bir olan hadisədir. Hazırda heç bir başqa ölkə vergi qoymur”.
Truss həmçinin Sunakın Çinə qarşı daha sərt mövqe nümayiş etdirmək çağırışlarına cavab verib və bildirib ki, yalnız keçən ay Xəzinədarlıq Departamenti Çinlə daha sıx ikitərəfli və iqtisadi əlaqələrə çağırış edib.
Sunak rəqibini Çin və Böyük Britaniya arasında "qızıl dövr” haqqında açıqlamalar verməkdə ittiham edib. "Düşünürəm ki, bu, təxminən on il əvvəl idi",- deyə xarici işlər naziri vurğulayıb.
Həmçinin hər iki namizəd rəhbərlik edə biləcəkləri hər hansı bir hökumətdə hazırkı Baş Nazirin rolunu istisna ediblər.
Müzakirənin sonuna yaxın isə cütlük ritorikalarında yumşalıblar. Truss baş nazir olacağı təqdirdə cənab Sunakın komandasında olmasından məmnun olacağını deyib. Keçmiş kansler isə onun Rusiya ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini deyib.
Nurlan