Xəbər lenti

Britaniyada kölə tacirlərinin heykəlləri devrilir (VİDEO)
Dünya12:25 08.06.2020

Britaniyada kölə tacirlərinin heykəlləri devrilir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın Bristol şəhərində nümayişçilər kölə ticarətilə böyük sərvət qazanmış Edvard Kolstonun heykəlini aşırıblar.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, heykəli dağıtdıqdan sonra üstündə rəqs edən aksiya iştirakçıları daha sonra onu sürüyərək yaxınlıqdakı gölə atıblar.  Bristol polisi Kolstonun heykəlinə edilən hücumu araşdıracağını açıqlayıb.
Nümayişçilər həmçinin dünyanın tanınmış liderlərindən Uinston Çörçilin heykəli də daxil olmaqla bir çox tarixi şəxsiyyətin abidəsinə də hücum ediblər.
Başda daxili işlər naziri Priti Patel olmaqla bəzi siyasətçilər abidələrə zərər vurulması və polisə hücum hadisələrini qınayıblar.
Qeyd edək ki, Kolston Amerika qitəsinə minlərlə afrikalı kölə aparması ilə tanınır. 1721-ci ildə öldümündən sonra sərvətini xeyriyyə təşkilatlarına bağışlasa da, adı Bristolun bir çox küçə və binasında hələ də qalmaqdadır.
Camal