Dünya 18:48 29.04.2023

Britaniyada pab tualetində “Anson” atom sualtı qayığının məxfi planları tapıldı

Barrou-in-Furnessdəki pabın tualetində Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "Anson” nüvə sualtı qayığının məxfi çertyojları tapılıb.

Qaynarinfo "The Sun" tabloidinə istinadən xəbər verir ki, sənədlər torpedo lyuklarını, sükanı və üzmə qabiliyyətini idarə edən hidravlik sistemlə bağlıdır

Sənədlərdə yer alan məlumatlar "məxfi" qriflidir, onlar yalnız "həqiqi ehtiyac" olduqda ictimaiyyətə açıqlana bilər və oğurluq, itki və dərc edilməsi "fəlakətli nəticələrə səbəb ola bilər". Qeyd edilir ki, materiallar Britaniya dənizçilərinin ənənəvi olaraq vurduqları Kral Hərbi Dəniz Qüvvələrinin kəməri ilə yanaşı, döşəmədə olub.

Mənbənin nəşrə verdiyi məlumata görə, insident baş verən axşam pabda gəmi təmiri müəssisəsindən çoxlu hərbçi və mülki şəxslər olub. Sənədləri pabda unudan şəxsin müəyyən edilib-edilmədiyi barədə məlumat verilmir.

Alpər