Xəbər lenti

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən üç bolqar həbs edildi
Dünya11:18 15.08.2023

Britaniyada Rusiyaya casusluqda şübhəli bilinən üç bolqar həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç Bolqarıstan vətəndaşı saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı, avqustun 15-də BBC məlumat yayıb.
Söhbət milli təhlükəsizlik sahəsində böyük araşdırmadan gedir. BBC-nin məlumatına görə, hər üç şəxs fevral ayında saxlanılıb - onlar hələ də həbsdədirlər.
Orlin Rusev, Bizer Cambazov və Katrin İvanova uzun illər Britaniyada yaşayır və müxtəlif vəzifələrdə çalışıblar. Onlar "pis niyyətlə” şəxsiyyəti təsdiq edən sənədləri ələ keçirməkdə ittiham olunurlar. Qeyd edilir ki, bolqarlar sənədlərin saxta olduqlarını bilirdilər. 
Sənədlər arasında Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiyanın pasportları, şəxsiyyət vəsiqələri və digər sənədlər var.
BBC xəbər verir ki, Rusev 2009-cu ildə Böyük Britaniyaya köçüb, onun Rusiyada biznes təcrübəsi var. O, bildirir ki, vaxtilə Bolqarıstanın energetika nazirinin müşaviri olub. Londondan olan qonşular Cambazov və İvanovanı cütlük adlandırırlar.
Onlar təxminən on il əvvəl Böyük Britaniyaya köçüblər, bolqarlara xidmət göstərən ictimai təşkilata rəhbərlik ediblər, xüsusən də onları "Britaniya cəmiyyətinin mədəniyyəti və normaları” ilə tanış ediblər. Həmçinin sənədlərə əsasən, Londonda xaricdə yaşayan bolqarların səs verə biləcəyi seçki komissiyalarında işləyiblər. 
Üç müttəhim 2024-cü ilin yanvarında Londonda məhkəmə qarşısına çıxmalıdır. Hələlik onlar ittihamlara etiraz etməyiblər.
Nizami Bağırov