Xəbər lenti

Britaniyada yeni COVID-19 dalğası barədə xəbərdarlıq edildi
Dünya14:03 17.08.2023

Britaniyada yeni COVID-19 dalğası barədə xəbərdarlıq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyalı ekspertlərin fikrincə, krallıqda yeni COVID-19 dalğası haqqında danışmaq üçün "kifayət qədər əsaslar” var. 
Qaynarinfo xəbər verir ki, Britaniya hökumətinə COVID-19 problemləri ilə bağlı məsləhətlər verən Müstəqil Elmi Təcili Yardım Məsləhət Qrupunun üzvü, professor Kristina Pagel "British Medical Journal"dakı məqaləsində bu fikri dəstəkləyən məlumatları dərc edib.
Professor qeyd edib ki, 2022-ci ildə ölkədə COVID-19-un üç dalğası olub: avqust, oktyabr və dekabr aylarında. 2023-cü ildə mart ayında yalnız kiçik bir dalğa qeydə alınlb və iyun ayına qədər hər şey sakit keçib. Yazın əvvəlində koronavirusdan ölüm nisbəti ümumiyyətlə bütün pandemiyada ən aşağı olub. Amma iyul ayında xəstəxanaya yerləşdirilənlərin sayı durmadan artmağa başlayıb və avqustun ilk günlərində iyulun əvvəli ilə müqayisədə iki dəfə artıb. Avqustun ilk həftəsində xəstəxanalara müraciət edənlərin sayı 1436-dan 1802 nəfərə çatıb.
Professor qeyd edir ki, 50 yaşından aşağı olan britaniyalıların demək olar ki, hamısı son il yarımda peyvənd olunmayıb, əksər britaniyalılar isə peyvənd etdirməyib. 75 yaşı olanlar son bir ildə peyvənd olunmayıb. Bu səbəbdən onların orqanizmin infeksiyaya qarşı müdafiəsi zəifləyir. 
Sentyabrın yaxınlaşmasını, dərslərin başlamasını, insanların tətildən qayıtmasını və iş yerində əlaqələrin bərpasını nəzərə alsaq, insidentlərin daha da artacağını, bəlkə də böyük dalğanın olacağını gözləmək olar.
Aydın