Böytük Britaniya hakimiyyəti hesab edir ki, Rusiya və İran koronavirus problemi ilə bağlı araşdırma məlumatlarını oğurlamağa çalışıb.
Qaynarinfo "Daily Mail”ə istinadla xəbər verir ki, bu dəfə də hakerlər günahlandırılıb. İddia olunur ki, onlar alimləri, eləcə də koronavirusu araşdıran ölkə universitetlərinin həkimlərini hədəfə alıblar.
Bildirilir ki, bundan başqa onları COVID-19-a qarşı peyvənd yaradılması da maraqlandırır. Bununla belə, haker hücumlarından heç biri uğurlu alınmayıb.
Qeyd edək ki, bundan əvvəl də Rusiya Federasiyası haker hücumları ilə bağlı ittiham olunub. Rusiya bütün ittihamları rədd edib.
Alpər