Xəbər lenti

Britaniyalı general Rusiyanın açıqlamasına inanmır: Putin Kremldə olduğu müddətdə...
Dünya13:54 30.03.2022

Britaniyalı general Rusiyanın açıqlamasına inanmır: Putin Kremldə olduğu müddətdə...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniya ordusunun ehtiyatda olan generalı, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini ser Riçard Şirref hesab edir ki, Rusiya qoşunlarının Kiyev ətrafından çıxarılması çox güman ki, onların başqa istiqamətə keçməsi deməkdir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Evropeyska Pravda” BBC-yə istinadən məlumat yayıb.
Riçard Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib: 
"Bu, bir çox əməliyyat bölgələrində irəliləyiş cəhdinin uğursuzluğa düçar olmasının etirafıdır və çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin işarəsidir. Mən hansısa aldadıcı manevri istisna etməzdim".
Riçard Şirref 
Generalın fikrincə, Putin Kremldə olduğu müddətdə Avropada sülhün olması mümkünsüzdür. O, Rusiya prezidentini "qatil avtokrat” hesab etdiyini bildirib.
Onun sözlərinə görə, NATO Rusiya ilə Qərb arasında qarşıdurmanın "isti müharibə deyil, soyuq” qalmasını təmin etməyə borcludur, lakin bu, Alyansın müharibəyə hazır olması deməkdir.
"Biz hələ NATO qüvvələrinin bu şəkildə cəmləşməsinin şahidi olmamışıq. Lakin fikrimcə, Alyans növbəti təcavüzün qarşısını almaq istəyirsə, bu vacibdir", deyə ehtiyyatda olan general bildirib.
Nizami Bağırov
Qaynarinfo