Böyük Britaniyanın ədliyyə naziri Mayk Frir İsrailyönlü fikirlərinə görə aldığı təhdidlər fonunda istefa verəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Daily Mail"ə müsahibəsində bildirib.
"Təhlükəsizliyinizə olan təhdidlərin çox böyük olduğu bir məqam gəlir", deyə Mayk Frir qeyd edib.
Qeyd olunur ki, o, son vaxtlar özünə və ailə üzvlərinə qarşı təhdidlərlə üzləşib və bu təhdidlər dekabrda onun seçki dairəsinin ofisinin yandırılması ilə nəticələnib.
Nazir 10 dən artıqdır ki, hədə-qorxudan əziyyət çəkdiyini və indiyədək yaşadığı üçün şanslı olduğunu deyib.
Mayk Frir hər dəfə çölə çıxanda hədəf ola biləcəyini bildiyi üçün artıq ailəsini narahatlığa məruz qoya bilməyəcəyini vurğulayıb.
Aydın