Böyük Britaniyada altı ildir ki, yaşlı bir kişi bir qu quşunun müdaxiləsindən qurtula bilmir. Quş hər gün poçt qutusunun qapağını döyür.
Qaynarinfo bu haqda Varlamov.ru-nun mənbəyinə istinadla xəbər verir.
Stiven Leg indi poçtunu normal şəkildə ala bilmir. O, rahat istirahət də edə bilmir. Poçt qutusunu bağlayandasa, quş qapını dayanmadan dimdikləməyə başlayır.
Cənab Legin kömək üçün müraciət etdiyi mütəxəssislər quşun ərköyünləşdiyini hesab edirlər. Quş uzun müddət evin qapısı ağzında bəslənib. Elə buna görə də qu quşu qapıya qonaq edilmək üçün gəlir.
Alpər