Böyük Britaniyanın baş naziri Rişi Sunak parlament əməkdaşının Pekinə casusluqda şübhəli bilinərək saxlanıldığına dair xəbərlər yayıldıqdan sonra Çinin Baş naziri Li Tsyanı Britaniya demokratiyasına "qəbuledilməz” müdaxiləyə görə tənqid edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” AP-yə istinadən məlumat
yayıb.
Sunak bildirib ki, o, Li Tsyanla Hindistanda keçirilən G20 sammitində görüş zamanı casusluq məsələsini müzakirə edib.
Böyük Britaniyanın baş nazirinin sözlərinə görə, o, "parlament demokratiyamıza hər hansı müdaxilə ilə bağlı çox güclü narahatlığını ifadə edib və bunun açıq şəkildə qəbuledilməzliyini bildirib”.
Eyni zamanda, Çin tərəfi bu ittihamları "tamamilə uydurma və çirkin böhtan” adlandırıb.
Çin "Böyük Britaniyadakı müvafiq partiyaları anti-Çin siyasi manipulyasiyalarını dayandırmağa" çağırıb.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada iki nəfərin Çinin xeyrinə casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Onlardan biri beynəlxalq əlaqələr üzrə çalışan əməkdaşdır.
Nizami Bağırov