Xəbər lenti

Britaniyanın baş naziri Ukraynanı danışıqlara sövq etməyi vicdansızlıq adlandırdı
Dünya11:27 15.11.2022

Britaniyanın baş naziri Ukraynanı danışıqlara sövq etməyi vicdansızlıq adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya Rusiya ilə danışıqlar aparmaq üçün Ukraynaya "ən güclü mövqe”ni təmin etməyə çalışır, lakin onların həyata keçirilməsi ilə bağlı qərar Kiyevin ixtiyarında qalmalıdır. 
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Rişi Sunak danışıb.
Sunak ukraynalılara bunu deməyi "bir az vicdansızlıq” adlandırıb: "Baxın, sizin ölkəniz və <...> infrastrukturunuz <...> bombalananda danışıqlar aparmalısınız”.
Eyni zamanda, o, Ukraynadakı vəziyyətin Britaniyada və bütün dünyada iqtisadi təlatümlərə səbəb olduğunu etiraf edib, lakin Rusiya hakimiyyətinin "sülh yolu ilə nizamlanmaya maraq göstərmədiyi" fikrini dilə gətirib, deməli, bu da Kiyevi dəstəkləməyə davam etməyin düzgün olduğunu göstərir.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ və Ukrayna arasında münasibətlərin Rusiya Federasiyası ilə mümkün danışıqlar məsələsinə görə gərginləşdiyi bildirilib.
Alpər