Britaniyanın "Firefly Green Fuels" şirkəti tamamilə insan tullantılarından hazırlanmış innovativ aviasiya yanacağı hazırlayıb.
Qaynarinfo
xəbər verir ki, "Firefly" adlanan yeni təyyarə yanacağı keyfiyyətinin ənənəvi A1 aviasiya yanacağından praktiki olaraq fərqlənmədiyini söyləyən müstəqil tənzimləyicilər tərəfindən təsdiqlənib.
Şirkət onların yanacağının mövcud aviasiya yanacaqlarından 90% daha az karbon izi olduğunu sübut etmək üçün Cranfield Universitetinin mütəxəssisləri ilə çalışıb. Qeyd edilir ki, "Firefly Green Fuels" inkişafı davam etdirmək üçün 2021-ci ildə Nəqliyyat Departamentindən 2 milyon funt-sterlinq qrant alıb.
"Firefly Green" yanacaqları təmizlənmiş çirkab suların hidrotermal mayeləşdirmə prosesi vasitəsilə emal edilməsi yolu ilə istehsal olunur. Bu proses maye tullantıları xam neftə və ya lilə çevirir və bərk əlavə məhsullar gübrə kimi istifadə edilə bilər.
Şirkət artıq 2028-ci ildən etibarən "Firefly" yanacağını istifadə etməyi planlaşdıran aşağı büdcəli "Wizz Air" aviaşirkəti ilə əməkdaşlığa başlayıb. "Firefly Green Fuels" yanacağın istehsal prosesinin karbon dioksid emissiyasının intensivliyinin hər meqajoule üçün cəmi 7,97 qram olduğunu iddia edir ki, bu da ənənəvi reaktiv yanacaqdan daha aşağıdır.
Tullantılardan istehsal olunan dayanıqlı aviasiya yanacağı keyfiyyət baxımından rəqabətqabiliyyətli qalaraq aviasiya sənayesinin karbon izini əhəmiyyətli dərəcədə azaltmaq potensialına malik yeniliyi təmsil edir. "Firefly Green Fuels" 5 ildən sonra ilk kommersiya zavodunu işə salmağı planlaşdırır.
Alpər