Xəbər lenti

Britaniyanın gələcək kraliçasının adını açıqlandı
Dünya04:14 07.02.2022

Britaniyanın gələcək kraliçasının adını açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya şahzadəsi II Yelizaveta fevralın 6-da taxta çıxmasının 70-ci ildönümünü qeyd edib.
Qaynarinfo xəbər verir ki, 95 yaşlı kraliça yazılı mətn yayıb. O bildirib ki, ölümündən sonra böyük oğlu Şahzadə Çarlz kral olacaq. II Yelizaveta eyni zamanda gəlini Kornuoll hersoqinyası Kamilla isə konsort kraliça olmasını istədiyini açıq şəkildə bildirib.
"Oğlum Çarlz kral olan zaman ona və gəlinim Kamillaya mənə verdiyiniz dəstəyi göstərməyinizi istəyirəm. Səmimi arzum budur ki, Çarlz Kral olanda həyat yoldaşı Kamillanı da konsort kraliça olaraq qəbul edəsiniz" deyə, məktubda yazılıb.
Qeyd edək ki, 1952-ci il fevralın 6-da Kral VI Corcun ölümündən sonra 25 yaşlı II Elizabet Kraliça elan olunub.