Dünya 16:01 28.07.2022

Britaniyanın milli təhlükəsizlik müşaviri: Rusiya rahat şəkildə qlobal nizamı pozur

Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanın "qlobal təhlükəsizlik arxitekturasını pozmaq üçün qəsdən və ehtiyatsızlıqla hazırlanmış” fəaliyyətinin bir hissəsidir.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri bildirib.

"Bu, Krımın qeyri-qanuni ilhaqını, Britaniya torpaqlarında kimyəvi və radioloji silahlardan istifadəni və Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin dağılmasına səbəb olan təkrar pozuntuları özündə cəmləşdirən bir sxemdir”, – Stiven Lavqrov Vaşinqtonda Strateji və Beynəlxalq Tədqiqatlar üzrə Mərkəzdə bildirib.

Lavqrov deyib ki, Ukraynadakı müharibə həm də Soyuq Müharibədən sonra beynəlxalq nizamın necə görünəcəyi ilə bağlı daha geniş rəqabətin, həm də dərin nəticələri olacaq rəqabətin təzahürüdür:

"Bu, Çin və Rusiya kimi regional təcavüzkar güclərin "güclü haqlıdır” gündəmini sərbəst şəkildə həyata keçirə bildiyi, yoxsa bütün dövlətlərin öz suverenliyini təmin edə bildiyi, rəqabətin münaqişəyə çevrilmədiyi və planeti qorumaq üçün əməkdaşlıq etdiyimiz bir dünyada yaşayıb-yaşamayacağımızı müəyyənləşdirəcək”.

Nurlan