Xəbər lenti

Britaniyanın NATO səfiri: Ukrayna Alyansın ABŞ sammitindən gözləntilərini azaltmalıdır
Dünya10:33 08.02.2024

Britaniyanın NATO səfiri: Ukrayna Alyansın ABŞ sammitindən gözləntilərini azaltmalıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna alyansın Vaşinqtonda keçiriləcək sammitində NATO-ya üzvlüklə bağlı ciddi irəliləyiş gözləməməlidir.
Qaynarinfo "Avropa həqiqəti”nə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın NATO-dakı səfiri Devid Karri deyib.
Alyans üzvləri iyulun 9-11-də ABŞ-ın paytaxtında toplanacaq və Ukraynanın NATO-ya üzvlük məsələsinin müzakirə olunacağı ehtimal edilsə də, Karri bildirib ki, Kiyev gözləntilərini azaltmalıdır.
"Mən bu məsələdə böyük sıçrayış gözləmirəm, əsasən də yerlərdə ola biləcək vəziyyətə görə”, - səfir bildirib.
Eyni zamanda, Karrinin sözlərinə görə, Böyük Britaniya "Ukraynanın layiqli yerinin NATO-da olduğuna tam əmindir”.
NATO müttəfiqləri uzun müddətdir ki, Ukraynanın Alyansa üzvlük təklifini dəstəklədiklərini bildirsələr də, hələlik üzvlük üçün dəqiq vaxt çərçivəsi təklif edə bilməyiblər.
Karri ABŞ-ın Ukraynaya yardımının "mümkün qədər tez” təsdiqlənəcəyinə ümid etdiyini də bildirib.
"Biz bu paket üzrə sürətli irəliləyişin olacağına çox ümid edirik. Bu, həm məzmun baxımından, həm də Qərbin bunu başa çatdırmaq üçün Ukraynaya davamlı öhdəliyi barədə göndərəcəyi siyasi siqnal baxımından çox vacib olacaq", - o deyib.
Alpər