Hollivud ulduzu Brüs Uillisin həyat yoldaşı 67 yaşlı sənətçinin diaqnozunu açıqlayıb.
Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər
verir.
Uillisin həyat yoldaşının dediyinə görə, ərinə frontotemporal demensiya (FTD kimi tanınır) diaqnozu qoyulub.
"60 yaşdan aşağı insanlar üçün FTD demansın ən çox yayılmış formasıdır və diaqnoz qoymaq üçün illər lazım ola biləcəyi üçün FTD bildiyimizdən daha çox yayılıb.
Bu gün bu xəstəliyin müalicəsi yoxdur. Ümid edirik ki, bu reallıq yaxın illərdə dəyişə bilər”, - Emma Heminq bildirib.
Xatırladaq ki, təxminən bir il əvvəl Brüs Uillis bir sıra kino layihələrini başa vurduqdan sonra peşəsini tərk etdiyini açıqlamışdı. Aktyorun bu qərarına səbəb nitq və idrak qabiliyyətlərinin pozulduğu afaziyanın inkişafı olub. Güman edilirdi ki, bunlar 20 il əvvəl çəkiliş meydançasında alınan zədənin nəticələridir. Ancaq həkimlərin aşkar etdiyi kimi, bu simptomologiya FTD-nin təzahürü idi.
Aktyorluq karyerası ərzində Uillis 150-dən çox rolda oynayıb, o cümlədən "Boyuna ölüm biçilən", "Vuruş məsafəsində", "Ayaqda olan silah", "Kriminal qiraət", "On iki meymun", "Beşinci element", "Çaqqal", "Altıncı hiss", "Körpə", "Hartın müharibəsi", "Günahlar şəhəri", "Surroqatlar", "R.E.D.", "Zaman cəftəsi", "Şüşə" filmlərində, həmçinin "Bərk qoz” kimi döyüşçü film-seriallarında rol alıb.
Alpər