Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarından sonra Aİ ölkələrinin liderləri Ukrayna ilə bağlı yekun bəyanat qəbul ediblər. Onlar Ukraynaya hərbi dəstək verməyə davam etməyə razılaşıblar, lakin bu, ayrı-ayrı Avropa ölkələrinin təhlükəsizliyinə və müdafiəsinə zərər verməməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə hazırlanan press-relizdə
deyilir.
Mətndə qeyd edilir ki, Aİ Kiyevə "lazım olduğu qədər” yardım göstərəcək, lakin "ayrı-ayrı üzv dövlətlərin təhlükəsizlik və müdafiə siyasətinin xüsusiyyətlərinə xələl gətirmədən və bütün üzv dövlətlərin təhlükəsizlik və müdafiə maraqlarını nəzərə almaqla”.
Kiel Dünya İqtisadiyyat İnstitutunun hesablamalarına görə, 2022-ci il fevralın 24-dən müttəfiqlər Ukraynaya kömək üçün təxminən 170 milyard avro göndəriblər. Eyni zamanda, ayrılan vəsaitin yarısı maliyyə yardımı, 40%-ə yaxını isə hərbi yardımdır.
Alpər