Xəbər lenti

Brüssel teraktında yaralananların sayı 230-a çatdı
Dünya17:39 22.03.2016

Brüssel teraktında yaralananların sayı 230-a çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Brüsseldə törədilən terror aktları nəticəsində yaralananların sayı 230 nəfərə çatıb: onlardan 100-ü hava limanında, azı 130 nəfəri isə metropolitendə törədilən partlayışlar nəticəsində yaralanıb. 
Bu barədə Belçika DİN-in Böhran Mərkəzinin məlumatında bildirilir.   
“Brüssel aeroportunda törədilən  terror aktı nəticəsində 10 nəfər ölüb, 100-dək şəxs yaralanıb, “Malbek” stansiyasında isə 20 nəfər ölüb, 130 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.  
Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.  
Qaynar.info