Xəbər lenti

Brüssel teraktını həyata keçirən şəxs jurnalist imiş
Dünya19:18 26.03.2016

Brüssel teraktını həyata keçirən şəxs jurnalist imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belçikada saxlanılan Brüssel aeroportundakı terror aktında şübhəli bilinən  Feysal Şeffu müstəqil jurnalist olub. 
Şeffunun  məqalələri “Journal du Musulman” nəşrində dərc olunub.
Onun son reportajlarından biri Mərakeş məhbuslarından bəhs edib. Məqalədə məhbuslara müqəddəs Ramazan ayında şəriətdə nəzərdə tutulan qaydalarla qidalanmağa qadağa qoyulmasından bəhs edilir.
Qeyd edək ki, martın 22-də Brüssel aeroportu və metropolitenində törədilən silsilə partlayışlar nəticəsində 33 nəfər ölüb, 316 nəfər yaralanıb. “İŞİD” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.   (apa)
Qaynar.info