Belçika polisinin paytaxt Brüsseldə keçirdiyi xüsusi əməliyyat zamanı 1 naməlum şəxs öldürülüb.
Qaynar.info xəbər verir ki, əməliyyat şəhərin Skarbek kommunasında keçirilib. Telekanal əməliyyat zamanı 2 partlayış baş verdiyini və çoxlu güllə səsləri eşidildiyini bildirib.
Məlumatda o da qeyd olunub ki, hadisə yerinin yaxınlığından keçən tramvayın sərnişinləri təxliyyə edilib və əməliyyat rayonunda nəqliyyatın hərəkəti dayandırılıb.
Yerli mətbuatın yaydığı xəbərə görə, əməliyyat zamanı 1 naməlum şəxs öldürülüb.
Qaynar.info