Xəbər lenti

Brüsseldə xəsarət alanların sayı 300-ə çatdı
Dünya19:56 23.03.2016

Brüsseldə xəsarət alanların sayı 300-ə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçikanın paytaxtı Brüsseldə baş verən terror aktları nəticəsində xəsarət alanların sayı 300-ə çatıb, onlardan 61-in vəziyyəti ağır kimi qiymətləndirilir.  

 

Bu barədə Belçika Səhiyyə nazirliyinin son açıqlamasında deyilir.

“Son məlumatlara əsasən, Brüsseldə törədilən partlayışlar nəticəsində 31 nəfər ölüb, xəsarət alanların sayı 300 nəfərə çatıb, onlardan 61-i intensiv terapiya şöbələrində müalicə alır”, məlumatda qeyd edilir.

Hazırda xəstəxanalarda ümumilikdə 150 nəfərin müalicə aldığı bildirilir.

Martın 22-də Brüsseldə bir neçə terror aktı baş verib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. (axar.az)

Qaynar.info