Xəbər lenti

Brüsseli partlatmaq istəyən "canlı bomba" tutuldu
Dünya08:11 21.06.2016

Brüsseli partlatmaq istəyən "canlı bomba" tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçika polisi şəhərin ticarət mərkəzlərinin yaxınlığında üzərində partlayıcı maddələrin olması şübhəsi ilə naməlum şəxsi saxlayıb.

Qaynarinfo.az anspress-ə istinadən bildirir ki, hazırda "City2" ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb. 

"Naməlum şəxs səhər saat 05:30-da saxlanılıb. Onun üzərində aşkar olunanların bomba olub-olmadığını mütəxəssislər araşdırırlar", - deyə Brüssel prokurorluğunun mətbuat katibi məlumat verib. 

Hadisə ilə bağlı Belçika böhran mərkəzinin ölkənin baş naziri Çarlz Mişel ilə təcili görüşü gözlənilir.

Qaynarinfo.az