Xəbər lenti

Bryansk vilayətində yük qatarı relslərin partladılması səbəbindən aşıb (VİDEO)
Dünya09:53 01.05.2023

Bryansk vilayətində yük qatarı relslərin partladılması səbəbindən aşıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bryansk vilayətinin Uneçski rayonunda dəmir yolu relslərində baş verən partlayış nəticəsində yük qatarının lokomotivi relsdən çıxıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Aleksandr Boqomaz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, heç kim xəsarət almayıb. Partlayış Bryansk-Uneça dəmiryol xəttinin 136 km-də baş verib. Bu ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
"Baza” xəbər verir ki, 60 vaqondan 7-8-i relsdən çıxıb. Qəzadan sonra yanğın başlayıb. Qatar neft məhsulları və taxta-şalban daşıyırdı. Təxribat faktı ilə bağlı cinayət işi açılıb.
Nizami Bağırov