Rusiyanın Bryansk şəhərində üstündə partlayıcı maddələr olan dron tapılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" yazıb. Naməlum PUA-nın qalıqları yerli sakin tərəfindən tapılıb.
Qalıqlar şəhərdən təxminən 5 kilometr aralıda, meşədə görülüb.
Qalılar arasında bomba da olub - ehtimala görə, pilotsuz uçan aparat plastik partlayıcı yük aparırmış.
Bu arada Kremlin təbliğatçıları yazır ki, guya PUA-nı Ukrayna Silahlı Qüvvələri buraxıb və onların hədəfi yerli qəbiristanlıq olub.
Alpər