Xəbər lenti

Bu 12 vərdiş bizi tez qocaldır: 40-dan sonra 25 yaşında görünənlərin etmədiyi səhvlər
Sağlamlıq 17:20 02.10.2025

Bu 12 vərdiş bizi tez qocaldır: 40-dan sonra 25 yaşında görünənlərin etmədiyi səhvlər

Gənc görünməyin sirri bahalı kremlərdə və ya kosmetoloji prosedurlarda deyil. Mütəxəssislər bildirirlər ki, əsas fərq insanların etdiklərində yox, etmədiklərindədir. Sağlam vərdişlərə sahib olanlar, əslində, bəzi gündəlik davranışlardan uzaq duraraq daha gənc görünürlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "VegOut" yazıb.

40 yaşında 25 kimi görünənlərin etmədikləri əsas 12 səhv vərdiş:

1. Üzü təmizləmədən yatmırlar - Makiyaj, günəşdən qoruyucu krem və şəhər tozları dəriyə zərər verir, məsamələri tıxayır. Gənc görünmək istəyənlər mütləq axşam üzü təmizləyirlər.

2. Günəşdən qorunmanı unutmazlar - Ultrabənövşəyi şüalar dəridə ləkələrə və kollagen itkisinə səbəb olur. Onlar hər gün SPF-li kremdən istifadə edirlər.

3. Yuxusuz qalmırlar - Xroniki yuxusuzluq dərini solğunlaşdırır və gözaltı torbalar yaradır. Gənc görünənlər 7–9 saatlıq yuxunu prioritet edir.

4. Susuz qalmırlar - Daim su içmək və su ilə zəngin qidalar qəbul etmək dərinin parlaq qalmasına kömək edir.

5. Dərini zədələmirlər - Günlük sərt skrablar dərinin qoruyucu qatını pozur. Onlar isə yumşaq baxım vasitələri seçirlər.

6. Stresin həyat ritmini idarə etməsinə imkan vermirlər - Stress orqanizmi tez qocaldır. Qısa gəzinti və nəfəs məşqləri gənc qalmağa kömək edir.

7. Yalnız kardio ilə kifayətlənmirlər - Muskullar bədəni möhkəm saxlayır. Onlar güc məşqlərinə də yer verirlər.

8. Şəkərə aludə olmurlar - Çoxlu şəkər həm enerjini, həm də dərini zəiflədir. Onlar balanslı qidalanmanı üstün tuturlar.

9. Gün ərzində üzünə toxunmurlar - Əl ilə tez-tez üzüə toxunmaq bakteriya yayır və dərini zədələyir.

10. Düzgün duruş və nəfəsə diqqət edirlər - Əyilmiş kürək və dayaz nəfəs simanı dəyişir. Düz duruş gənclik və enerjini əks etdirir.

11. Otağı tez-tez havalandırırlar - Təmiz hava dərinin sağlam qalması üçün vacibdir.

12. Özlərini daima yükləmirlər - Hər dəqiqəni tapşırıqla doldurmaq stressi artırır. Onlar balansı qorumaq üçün "yox" deməyi bacarırlar.

Nəticə olaraq, gənc qalmağın əsas yolu sadədir: sağlam yuxu, düzgün qidalanma, stressdən uzaq qalmaq və dəriyə sadə qayğı göstərmək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->