Xəbər lenti

Bu, ABŞ-da defolta iki həftə qalmış son xəbərdarlıqdır - Maliyyə naziri
Dünya13:35 16.05.2023

Bu, ABŞ-da defolta iki həftə qalmış son xəbərdarlıqdır - Maliyyə naziri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, Konqres borc limitini artırmasa və ya dayandırmasa, Birləşmiş Ştatların iyunun 1-dək borclarını ödəmək üçün pulu tükənəcək. Xəzinədarlıq Departamenti daha əvvəl xəbərdarlıq etmişdi ki, X tarixi iyunun 1-də ola bilər, bundan sonra federal hökumət öz borcunu ödəmək ehtimalı ilə üzləşə bilər. 
Qaynarinfo bu barədə The New York Times-a istinadla xəbər verir.
Yellen qanunvericilərə yazdığı məktubda federal hökumətin nağd pulun tükənəcəyi tarixin bu təxminlərdən günlər və ya həftələr sonra ola biləcəyi barədə xəbərdarlıq edib.
Materiala görə, Yellenin məktubu hökumətin qeyri-sabit maliyyə vəziyyəti ilə bağlı son xəbərdarlıqdır.
"Borc limitinin dayandırılması və ya artırılması üçün son dəqiqəyə qədər gözləmək biznesə və istehlakçıların inamına ciddi ziyan vura, vergi ödəyiciləri üçün qısamüddətli borclanma xərclərini artıra və ABŞ-ın kredit reytinqinə mənfi təsir göstərə bilər", - Yellen deyib.
Xəzinədarlıq Departamenti yanvarın 19-da rəsmi olaraq əldə edilmiş 31,4 trilyon dollarlıq borc tavanını pozmadan ölkənin veksellərini ödəməyə davam etmək üçün fövqəladə tədbirlər kimi tanınan mühasibat manevrlərindən istifadə edir.
Yellen pula qənaət etmək üçün görməyi planlaşdırdığı hər hansı əlavə tədbiri açıqlamayıb. Büdcə ekspertləri proqnozlaşdırırlar ki, əgər hökumət iyunun ortalarına qədər borclarını ödəmək üçün kifayət qədər resurs tapa bilsə, onda rüblük vergi gəlirlərinin axını yayın sonuna qədər əlavə nəfəs almağa imkan verə bilər.
Qeyd edək ki, 2022-ci ilin iyulunda JPMorgan ABŞ iqtisadiyyatının tənəzzül astanasında olduğunu açıqlayıb. 2022-ci ilin sentyabr ayında ABŞ fond indeksləri iki ilin ən aşağı səviyyəsinə düşüb.
2023-cü ilin martında JPMorgan Chase & Co şirkətinin baş direktoru Ceymi Dimon Ukraynadakı müharibənin ABŞ iqtisadiyyatı üçün əsas problemə çevrildiyini söyləyib. ABŞ-ın hələ də nisbətən mülayim resessiyaya ümid etdiyi bildirilir.
2023-cü il fevralın 7-də ABŞ-ın maliyyə naziri Janet Yellen Konqresi xəbərdar edib ki, ölkənin iyun ayında öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi mümkündür. Yellen həmçinin qeyd edib ki, borcun məhdudlaşdırılması ilə bağlı razılıq əldə olunmasa, "qlobal maliyyə böhranı” ola bilər.
22 aprel 2023-cü il tarixindən etibarən 12 ildən sonra ilk dəfə olaraq ABŞ-ın borclarını ödəməyəcəyi riskləri maksimum həddə çatıb. ABŞ-ın suveren borcunun sığortalanması xərcləri 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
BBC ABŞ Ticarət Departamentinin rəsmi məlumatlarına istinadən, əmək bazarında aktivliyin azalması və iqtisadi artımın açıq şəkildə azalmasının göstərdiyi kimi, ABŞ iqtisadiyyatının 2023-cü ildə tənəzzülə girəcəyi ilə bağlı proqnoz dərc edib. Bununla belə, tənəzzülün kifayət qədər mülayim olacağını gözləmək üçün bütün əsaslar var.
Alpər