Xəbər lenti

Bu adam dünyanın ən təhlükəli terrorçusudur - FOTO
Dünya06:35 10.08.2013

Bu adam dünyanın ən təhlükəli terrorçusudur - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əl Qaidənin 2009-cu ildən bəri Ərəbistan yarımadasında istifadə etdiyi bombaları düzəldən Asisi dünyanın ən təhlükəli terrorçusu adını alıb. 

Qaynar.info-nun məlumatına görə, 1982-ci il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşı İbrahim Həsən Tali əl Asisi bomba düzəltmək təcrübəsi və son illərdə təşkil etdiyi partlayışlara görə, əksər ekspertlər tərəfindən dünyanın ən təhlükəli terrorçusu adlandırılıb. 

"Əbu Saleh" ləqəbli Asisi 2009-ci ildən Əl Qaidə terror təşkilatı ilə birlikdə işləyir. 2009-cu ildə Detroytda, 2010-cu ildə Yəməndən Dubay və İngiltərəyə gedən sərnişin təyyarələrində tapılan bombaların da Asisi tərəfindən düzəldiyi ehtimal olunur. 

Məlumata görə, Asisi bədənə yerləşdirilən və aşkar olunmayan bomba da kəşf edib. Ən müasir detektorlar tərəfindən belə tapılmayan bomba düzəldən Asisi səsəbindən ABŞ və Avropa hava limanlarında təhlükəsizlik tədbirləri ciddi şəkildə artırılıb. Hətta ABŞ Hava Təhlükəsizliyi Təşkilatı sərnişinləri tamam çılpaq göstərən detektorun Asisiyə görə yaradıldığını bildirib. 

Qaynar.info