Xəbər lenti

Bu adam ölmədiyini sübut edə bilmir
Dünya12:11 11.10.2013

Bu adam ölmədiyini sübut edə bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Ohayo ştatında məhkəməyə müraciət edərək ölmədiyini sübut etməyə çalışan kişi hüquqi baxımdan "ölü" qalıb.

Milli.Az United Press International-a istinadən bildirir ki, 8 il itkin düşmüş sayılandan sonra 1994-cü ildə Henkok dairəsinin baş hakimi Allan Devis tərəfindən ölü edan edilmiş Donald Yucin Miller hüqununun pozulduğunu deyib.
 
Amma hakim D.Yucinə qərarın ləğvi üçün nəzərdə tutulmuş müddətin çoxdan bitdiyini vurğulayıb.
 
"Aydındır ki, burada, məhkəmə zalında olan insan sağdır. Amma qanun baxımından o, ölüdür. Ştat qanunvericiliyinə görə, ölümlə bağlı qərardadı yalnız sənədin qəbulundan sonrakı 3 il ərzində dəyişmək olar", - hakim Allan Devis deyib.
 
Donald Millerin dediyinə görə, əyyaşlıq etdiyinə və işsiz qaldığına görə 27 il əvvəl evdən qaçmışdı.
 
2005-ci ildə evə qayıdan Donalda valideynləri onun ölü sayıldığını deyirlər.
 
Qərar Donaldın sabiq arvadı Robin Millerin polisə üz tutmasından sonra qəbul olunmuşdu. 

Qaynar.info