Xəbər lenti

Bu adam ölsə, Yaxın Şərq qarışacaq
Dünya05:05 16.11.2014

Bu adam ölsə, Yaxın Şərq qarışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oman kralı Qabus bin Seyid Əl Əbu Seyid ağır xəstəliyə düçar olub. Qaynar.info xəbər verir ki, ölkə rəhbərinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.
Onun son həftələrdə zəif görünməsi və bəzi tədbirlərini təxirə salması bu iddiaları gücləndirir. Foreignpolicy.com saytı gələn həftə 74 yaşını qeyd edəcək kralın hətta ölüm yatağında olduğunu belə iddia edib.
Ekspertlər kralın ölümünün Yaxın Şərqdə yeni gərginliyə səbəb olacağını proqnozlaşdırır. 1970-ci ildə İngiltərənin dəstəyi ilə atasını taxtdan salaraq hakimiyyətə gələn Qabus bin Seyid Əl Əbu Seyidin başçılıq etdiyi Oman bu illər ərzində adətən bölgədəki düşmən ölkələr arasında körpü rolunu oynayıb. İran - İraq müharibəsi zamanı da bitərəfliyini qoruyan kral ABŞ və Qərb ölkələri ilə həmişə isti münasibətdə olub, balanslaşdırılmış siyasət yürüdüb.
Qabus bin Seyid öləcəyi halda yerinə kraliyyət ailəsinin üzvlərinin razılaşdırdığı yeni kral keçəcək. Bu zaman müəyyən narazılıqların baş qaldırması da mümkündür. Ən qorxulu ssenari isə ölkənin başına İranpərəst ailə üzvlərindən birinin keçməsi ola bilər. Bir digər versiya isə kralın ölümündən sonra hakimiyyət uğrunda mübarizənin başlaması və terror aktların baş vermək ehtimalıdır. Hər iki versiya ölkədəki balanslaşdırılmış siyasətə zərbə vuracaq və Yaxın Şərqdə daha bir böhran yaranacaq.
Qaynar.info