Xəbər lenti

Bu avadanlıqlar gömrük rüsumundan azad edildi
Ekonomiks08:00 05.08.2023

Bu avadanlıqlar gömrük rüsumundan azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara etdiyi dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, iri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar idxal gömrük rüsumundan azad olunub.
Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən, iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar - 2023-cü il yanvarın 1-dən 2 il müddətinə idxal gömrük rüsumuna cəlb olunmayacaq.