Xəbər lenti

Bu Azərbaycanlı qadının cəsarəti hamını heyran qoydu - FOTOLAR
Ölkə11:39 24.09.2013

Bu Azərbaycanlı qadının cəsarəti hamını heyran qoydu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, 24 sentyabr 2013-cü il tarixdə saat 11:15-də Nizami rayonu Elşən Süleymanov küçəsi, bina 162 D, mənzil 76 ünvanında azyaşlının köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Xətai rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə  çıxıb.

Hadisə  yerində  əməliyyat  şəraiti  qiymətləndirilərkən  məlum  olub ki, 2010-cu il təvəllüdlü Abbasova Aysun Nazim qızı mənzilinin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək 4-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar.

Mənzildə nəzarətsiz qalmış və gərgin psixoloji vəziyyətdə olan azyaşlı bağlı qapı arxasından xilas edilərək valideynlərinə təhvil verilib.

Qaynar.info