Norveçdə yerləşən "Dovrefjell" milli parkında Misk öküzünün ilk dəfə fotoları çəkilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sürü şəklində gəzən Misk öküzləri qalın kürkləri və nəhəng başları ilə seçilir. Bu canlılara əsasən Şimali Amerika və Qrenlandiyada rast gəlinir. Misk öküzləri öküz, qoyun və keçilərə yaxın hesab edilir.
Yetkin Misk öküzü 285 kq ağırlığında olur və bu canlının çəkisi əsasən 180-410 kq aralığında dəyişir. 12-20 il yaşayan bu heyvanın ölçüsü çox iri olmasa da, böyük boyun və başı onu nəhəng göstərir.