
Dəməşqdə "Qafqazlı mücahidlər" altı Suriya əsgərini kamera qarşısında qətlə yetiriblər.
İnternetdə yayımlanan bir videoçarx izləyiciləri şoka salıb. Belə ki, rus dilində Qafqaz ləhcəsi ilə danışan silahlılar Suriya ordusunun əsgərləri olduqları güman edilən altı əsiri avtomat silahla qətlə yetirirlər.
Qaynar.info xəbər verir ki, birinci əsirin xəncərlə başı kəsilir, digərləri isə güllələnir.
Ənənəvi "döyüş sloqanı" olan "Allahu-Əkbər" nidaları altında həyata keçirilən bu edam səhnələri izləyənlərin qanını dondurur.
Kadrları çəkən operator türkcə danışır: "Əssəlamun əleykum, indi biz Suriya əsgərlərinin başının kəsiləcəyi - edam ediləcəkləri yerə gedəcəyik və Allahın izni ilə onlar gəbərəcəklər".
Qaynar.info