
Almaniyada Lukas Bayer adlı Litva vətəndaşı Zalsburq-Münhen qatarında bilet yoxlanışı zamanı bələdçiyə saxta sürücülük vəsiqəsi təqdim edib.
Qaynar.info-nun məlumatına görə, bələdçiyə təqdim olunan sənədin üzərində Vladimir Putinin adı və şəkli olub və özünü Vladimir Putin kimi təqdim edib.
Litvalı rəsmilər isə vətəndaşa belə bir sənədin verilmədiyini bildiriblər.
Bayer isə həmin saxta sənədi Rusiyadan aldığını və bunu zarafat kimi qəbul etdiyini deyib. Dostlarının onu Putinə bənzətdiyini deyən Bayer Rusiyada Putinin adına çıxarılmış saxta sənədi görüncə aldığını söyləyib.
Qaynar.info