Xəbər lenti

Bu da Türkiyənin ilk milli SNAYPERİ (FOTO)
Dünya06:50 07.03.2013

Bu da Türkiyənin ilk milli SNAYPERİ (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə ilk yerli "Bora 12" snayper tüfənginin istehsalına başlayıb. 

Trend-in məlumatına görə, tüfəngin konstruksiyası və istehsalı üzrə işlər türkiyəli mütəxəssislər tərəfindən beş il ərzində aparılıb. Tüfəngin kalibri 7,62 millimetr təşkil edir. Bu tüfəngdən dəqiq hədəfi min metr məsafədən vurmaq mümkündür.

Türkiyə istehsalı olan snayper tüfəngi Avropa bazarlarına da ixrac olunacaq.

Snayper tüfənginin yaardılması Türkiyə ordusunun yerli silah, avadanlıqlarla təchiz olunmasına yönəldilmiş dövlət proqramının bir hissəsidir. Hazırda Türkiyə bu sahədə 50 faiz özünütəchizat səviyyəsinə nail ola bilib.

Qaynar.info