Antibiotiklərdən istifadə Parkinson xəstəliyinə tutulma riskini artırır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Helsinki Universitetinin alimləri araşdırma aparıb. Tədqiqatçıların fikrincə, ən təhlükəlisi geniş spektrli antibiotiklər, o cümlədən bakteriya və göbələklərə qarşı istifadə edilənlərdir.
Mütəxəssislər parkinson xəstəliyi olan əksər xəstələrdə bağırsaqlarda pataloji pozuntuların meydana gəldiyini, əzələ sərtliyi, titrəmə və yavaşlıq kimi simptomların müşahidə edildiyini öyrəniblər.
Rəsmi məlumatlara görə, 1990-cı ildən 2005-ci ilə qədər dünyada parkinson xəstələrinin sayı 6 milyou ötüb.