Xəbər lenti

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi (SİYAHI/VİDEO)
Ölkə05:45 30.12.2020

Bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçdi (SİYAHI/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təhvil verilib".
Qaynarinfo redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov deyib. O bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir:
"Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Syunik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana qaytarılıb. Ermənilər bu əraziləri sovet dönəmində sərhədləri önə çəkərək, həyasızcasına zəbt etmişdilər. Amma Azərbaycanın qələbəsindən sonra digər işğal olunmuş ərazilərlə yanaşı bu ərazilər də Azərbaycanın nəzarətində keçib".