
"Bozun əlli çaları" adlı erotik kitabın müəllifi Forbes jurnalı tərəfindən ilin ən çox qazanan yazıçısı adına layiq görülüb.
Qaynar.info xəbər verir ki, Erika Leonard Ceyms il ərzində kitabın satışından 95 milyon dollar qazanıb.
Bu ilin əvvəlində əsər ABŞ kitabxanalarının ən təhqir edici kitabları siyahısına düşmüşdü. Buna baxmayaraq, kitabın nəşri bütün dünyada 40 milyonu ötüb, Nyu Yorkda isə romanın motivləri əsasında myuzikl çəkilir.
Qaynar.info