
ABŞ prezidenti Barak Obama rejissor Li Danielsin "The Butler" filminə baxdıqdan sonra ağlayıb.
Qaynar.info xəbər verir ki, tarixi dram janrında çəkilmiş film Ağ Evdə bir neçə prezidentə xidmət göstərmiş qara dərili xidmətçidən bəhs edir.
Obama filmi izlədikdən sonra verdiyi açıqlamasında, "Sadəcə Ağ Evdə işləyən xidmətçiləri deyil, eyni zamanda bacara biləcəkləri halda ayrı-seçkilik səbəbindən istəklərinə çatmayan bütün nəsilləri xatırlayıb, onları düşündüyüm üçün ağladım" deyib.
ABŞ kinoteatrlarında ən çox baxılan filmlər siyahısında iki həftədir 1-ci yerdə olan "The Butler" qara dərililərin ABŞ-da apardığı mübarizədən bəhs edir.
Qaynar.info