Xəbər lenti

Bu fond Ermənistana 300 milyon ayıracaq
Dünya05:18 23.07.2015

Bu fond Ermənistana 300 milyon ayıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (ASİF) Ermənistana 300 milyon dollar ayrılması ilə bağlı prinsipial qərar verib. Qaynar.info APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın maliyyə nazirinin müavini Sergey Storçak bildirib.  
“Fondun nümayəndələri Ermənistan hakimiyyəti ilə müzakirələr aparıb və Fondun Şurası kreditin  ayrılmasına dair  siyasi qərar verib”, deyə Storçak bildirib.  
Onun sözlərinə görə, kredit Fondun standart şərtləri əsasında kreditləşmənin məqsədləri tədricən müzakirə olunmaqla üç tranş şəklində təqdim ediləcək.  
Qeyd edək ki, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan tərəfindən 2009-cu ildə təsis edilib.
Qaynar.info